V.Bottas: Çox pis yarış idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas yarışın pis keçdiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü startda ikinci yerdə olsa da, yerindən pis tərpənib və nəticədə altıncı yerə qədər geriləyib. Lakin Bottas daha sonra rəqiblərini keçərək yarışı üçüncü yerdə bitirə bilib.

Valtteri Bottas: “Çox pis yarış keçirdim. Yarışa ikinci yerdən başlamışdım və məqsədim qalib gəlmək idi. Ancaq startı pis aldım və yarış əldən getdi. Sükanımda bir işıq yandı və ona reaksiya göstərdim. Startdakı işıqlardansa, ona reaksiya göstərdim… Belə olan halda startı əngəlləyən sistem işə düşdü və yarış əldən getdi. Çox yer itirdik və yarışın sonuna qədər mübarizə apardıq. Maksa da çatdıq. Buna baxmayaraq, yaxşı xallar qazandıq.

Silverstoun yarışını səbirsizliklə gözləyirəm. Orada bolidimiz əla işləyəcək. İndi isə bugünkü səhvlərdən dərs çıxarmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*