L.Həmilton: Azarkeşlərin protesti məni qamçılayır

Macarıstanda karyerasının 101-ci poulunu qazanan Lyuis Həmilton komanda olaraq əla işlədiklərini və buna görə də poul qazandıqlarını deyib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Macarıstanda 1.15.419 zaman nəticəsi ilə karyerasının 101-ci poulunu əldə edib. O, əzəli rəqibi Ferstappenə 0.5 saniyə fərq atıb.

Lyuis Həmilton: “Sıralanma turu əla keçdi. Bottasla birlikdə əla işlədik. Davamlı olaraq bolidi təkmilləşdirdik. Bazadakı işçilər də var qüvvələri ilə işlədilər. Komandadakı birliyi görmək əla oldu. Azarkeşlərdən aldığım dəstəyə görə minnətdaram. Düzünü desəm, azarkeşlər məni protest edəndə özümü yaxşı hiss etməsəm də, bu hal məni qamçılayır. Buna görə onları vecimə almıram.

Soft təkərlər startda cəmi 5 metr üstünlük verəcək. Birinci döngəyə qədər uzun düzlük var. Arxamızdakı bütün sürücülər Soft təkərlərdə olacaq və bu təəccüblüdür. Deyəsən onluqda bizdən başqa hamı Soft təkərdədir.

Komanda olaraq ilk cərgədəyik. Uzun müddət idi ki, belə olmurdu. Bazadakı bütün işçilərə təşəkkür edirəm. Ümid edirəm ki, sabah hava hamı üçün yaxşı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*