N.de Vriz Mercedes-in ehtiyat sürücüsüdür

Nik de Vriz 2021-ci ildən etibarən Stoffel Vandornla birgə Mercedes komandasının ehtiyat sürücüsü olacaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Mercedes-in Formula E komandasında çıxış edir. Keçən il Formula1 komandasının ehtiyat sürücüləri Stoffel Vandorn və Esteban Qutyerres olmuşdu. Lakin “gümüşü oxlar” meksikalı sürücünü bu roldan məhrum ediblər.

Mercedes bu barədə belə açıqlama verib: “2021-ci il üçün güclü sürücü heyətimiz var. Bu vəzifəni Stoffel Vandornla yanaşı Nik de Vriz yerinə yetirəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*