11 Dekabr 2018, Çərşənbə axşamı - 00:14

N.Rosberq eyforiya hissinə qapılmır

N.Rosberq eyforiya hissinə qapılmır

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 13 Aprel, 2016

Niko Rosberq Formula1-də son 5 yarışın qalibi olub. Ona görə də Çin yarışına favorit kimi gəlir…

F-1.az bildirir ki, almaniyalı sürücü yenə də eyforiya hissinə qapılmır, çünki bilir ki, Lyuis Həmilton kimi bir rəqib bu halı bağışlamaz. Rosberq qələbələrinə davam etmək istəyirsə, tam gücü ilə işləməlidir.

Rosberq həm də bilir ki, onun son qələbələrinə istedadından başqa ilk dövrədəki insidentlər də kömək edir. Həmilton Avstraliya və Bəhreyndə poul qazansa da, startdakı insidentlər onu geriyə salmışdı.

Amma Rosberq Həmiltonun bu uğursuzluqlarına sevinmir, əksinə, o, komanda yoldaşının yenidən formaya düşməsini istəyir.

Niko Rosberq: “Onun problemlərindən həzz almıram. Mən öz işimə, daha yaxşı start almağa fokuslanıram və onu keçmək üçün cəhd edirəm. Hələlik buna görə sevinirəm.

Lyuis Həmilton əvvəlki illərdə olduğu kimi güclənəcək və qələbələr qazanacaq. Buna əminəm”.

Rosberqin Həmiltonu təhdid kimi görmə səbəblərindən biri də Həmiltonun özünə olan inamıdır. Həmilton əvvəlki illərdə komanda yoldaşına məğlub olanda bunun səbəblərini axtarırdı və onun yaşadığı xəyal qırıqlığını görmək mümkün idi.

Amma Həmilton bilir ki, onun Rosberqə məğlub olma səbəbi onun zəifliyi deyil. Çünki Həmilton Avstraliya və Bəhreyndə poulu qazanmışdı, amma ilk dövrədə yaşadığı insidentlər onu qələbələrdən məhrum etdi.

Lyuis Həmilton: “Bu mənim zəif nöqtəm olmayacaq. Əmin olun”.

Lyuis Həmilton sakit və soyuqqanlı görünür və bilir ki, qalib gəlmək üçün nələr etmək lazımdır: “Bu psixoloji oyundur. Bu oyun işin bir hissəsidir. Amma yaşım və təcrübəmə görə özümü güclü hiss edirəm. Mənə təsir edə biləcək az şey var.

Heç kim uduzmağı istəməz. Zavoddaki uşaqlar çox işləyir. Mühəndislər əla işlər görür. Poulları rahatlıqla qələbəyə çevirə bilərdik, amma edə bilmədik.

Hamımız məyus oluruq. Amma mən bizimkilərə dedim ki, bizim yolumuz hələ uzundur və əsəbləşmək yox, həmişəki kimi çox işləmək lazımdır.

Hər şeyi qazana bilmərik. Məhəmməd Əlinin Zairdə Formen ilə döyüşünü xatırlayın. Formen qələbəyə inanmalı idi. Sonra qazana bilmədi”.

Mercedes sürücüləri Həmiltonun hələ də çempionluq yarışından qopmadığına həmfikirdirlər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 350
Teqlər , ,
Paylaş

logo