V.Bottas: “Stilimi dəyişməyəcəm”

Williams komandasının sürücüsü Valtteri Bottas bildirib ki, o sürüş tərzini dəyişdirməyəcək...

F-1.az xatırladır ki, Valtteri Bottas keçən il Rəykkönenlə 2 dəfə təmas yaşamışdı. Bu il isə Bəhreyn yarışının ilk döngəsində Həmilton ilə təmas yaşadı. Bu təmasdan sonra Həmilton geriyə düşdü və qələbəni əldən verdi. Valtteri Bottas isə pitdən keçmə cəzası aldı.

Valtteri Bottas: “Biz bu mövzu barədə Toto ilə danışdıq və aramızda heç bir inciklik yoxdur.

Bu mövzu barədə çox danışmağın yeri yoxdur. O, bunun yarış olduğunu bilir.

Mən orada boşluq gördüm və o boşluqdan keçmək istədim, amma Həmilton məni görmədi.

Sürüş stilimi dəyişməyəcəm. Hücum etmək üçün bütün boşluqları dəyərləndirəcəm.

Keçid üçün yer dar idi və mən əyləcə bir az gec basdım. Bəzən belə hallar olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*