Ştiriya-2021: Sıralanma turu

Red Bull ilk dəfə ev yarışına çempionatın lideri kimi gəlib. Komandanın pilotlarının burada heç vaxt poul qazanmaması onları bu uğursuzluğu dayandırmağı əsas məqsədə çevirməyə sövq edib.

Red Bull Rinqdə uzun düzlüklər olmasına baxmayaraq, ötmələr etmək çox da asan deyil. Lakin buna rəğmən, burada mövcud konfiqurasiyada baş tutan 15 yarışın yalnız 6-da poul sahibi sonda qələbəyə sevinə bilib.

F-1.az xatırladır ki, cümə axşamı baş tutan məşqlərdə Maks Ferstappen lider olub. Bu gün səhər isə Lyuis Həmilton hamını üstələməyi bacarıb.

Pirelli Şpilberqdə orta üçlüyü – C2, C3 və C4 tərkiblərini səhnəyə çıxarıb. Qısa trasda tərkiblər arasında fərq az olub.

Sərbəst yürüşlərdə son iki döngədə trasdan tam çıxmaya görə ümumilikdə 47 nəticə ləğv edilib ki, bu da sıralanma turunda sürətli olmaqla yanaşı, diqqət də tələb olunduğunu göstərir.

İlk Sessiyada bütün sürücülər Soft təkərlərlə trasa çıxıblar. Dövrə qısa olduğundan, uzun sürüşlərə ehtiyac olub. Rəykkönen çınqıllığa çıxsa da, yoluna davam edib. Maks Ferstappen 1:04.429 ilə protokollara başçılıq edib, Mazepin, Şumaxer, Rəykkönen, Okon və Latifi üçün mübarizə erkən başa çatıb.

İkinci Sessiyada Mercedes sürücüləri, Ferstappen və Covinatsi ilk cəhdlərinə Medium, qalanları isə Soft təkərlərlə çıxıblar və ən sürətli dövrə Qaslidən gəlib. Fransız sürücü ikinci cəhdinə çıxmayıb. İlk cəhddə istədiyi nəticəni ala bilməyən Həmilton yenidən Soft təkərlə cüzi yaxşılaşdıra bilib. Peres 1:04.197 ilə ən sürətli olub, Covinatsi, Fettel, Rikkardo və Saynsla birlikdə, ilk onluğa düşməyi cüzu fərqlə əldən verən Rassell üçün sıralanma turu başa çatıb.

Son sessiyada gözlənildiyi kimi, hamı Soft təkərləri seçib. Həmilton trasa erkən çıxıb və 1.04.205-lik nəticə gpstərib, lakin Ferstappenin dövrəsi fantastik olub və həftəsonu ərzində ilk dəfə 64 saniyədən aşağı nəticə gəlib – 1:03.841. Lyuis nəticəsini bir qədər yaxşılaşdırsa da, ona çata bilməyib.

Maks Ferstappen ardıcıl ikinci, mövsümdə üçüncü, karyerasında isə altıncı poulunu əldə edib. Valtteri Bottas ikinci olub, lakin startda üç yer itirəcəyi üçün yarışa Maksın yanından ön cərgədən sıralamada üçüncü olan Lyuis Həmilton başlayacaq. İkinci sıranı isə Lando Norris və Serxio Peres tutacaqlar.

Bizi sabah Bakı vaxtı ilə 17:00-dan etibarən qələbə uğrunda amansız mübarizə gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 33 Maks Ferstappen Red Bull 1 1:04.489 6 4 1:04.433 7 1:03.841 7
2 77 Valtteri Bottas Mercedes AMG 2 1:04.537 6 5 1:04.443 10 1:04.035 7
3 44 Lyuis Həmilton Mercedes AMG 6 1:04.672 6 6 1:04.512 9 1:04.067 10
4 4 Lando Norris McLaren 3 1:04.584 5 2 1:04.298 6 1:04.120 6
5 11 Serxio Peres Red Bull 5 1:04.638 9 1 1:04.197 6 1:04.168 6
6 10 Pyer Qasli AlphaTauri 8 1:04.765 9 3 1:04.429 3 1:04.236 6
7 16 Şarl Lekler Ferrari 7 1:04.745 9 9 1:04.646 6 1:04.472 6
8 22 Yuki Tsunoda AlphaTauri 4 1:04.608 9 8 1:04.631 6 1:04.514 6
9 14 Fernando Alonso Alpine 11 1:04.971 6 7 1:04.582 6 1:04.574 6
10 18 Ləns Stroll Aston Martin 9 1:04.821 9 10 1:04.663 6 1:04.708 3
11 63 Corc Rassell Williams 12 1:05.033 8 11 1:04.671 6
12 55 Karlos Sayns Ferrari 10 1:04.859 9 12 1:04.800 6
13 3 Daniel Rikkardo McLaren 15 1:05.142 8 13 1:04.808 6
14 5 Sebastyan Fettel Aston Martin 13 1:05.051 9 14 1:04.875 6
15 99 Antonio Covinatsi Alfa Romeo 14 1:05.092 9 15 1:04.913 8
16 6 Nikolas Latifi Williams 16 1:05.175 9
17 31 Esteban Okon Alpine 17 1:05.217 6
18 7 Kimi Rəykkönen Alfa Romeo 18 1:05.429 8
19 47 Mik Şumaxer Haas 19 1:06.041 8
20 9 Nikita Mazepin Haas 20 1:06.192 9
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*