Portuqaliya-2020: Sıralanma turu

Portimaoda hava əla olsa da, yarışdan qısa müddət əvvəl çəkilmiş yeni asfalt qatında sürüşmələr çox olub. Təkərlər çətin yeyildiyindən, asfaltın üstünün işlənmiş rezin qatı ilə örtülməsi prossesi ləng baş verib və bu da şikayətlərə səbəb olub.

F-1.az xatırladır ki, burada baş tutan hər üç sərbəst yürüş sessiyasının qalibi Valtteri Bottas olub.

Pirelli buraya C1, C2 və C3 tərkiblərini gətirib. Həftəsonunun ən yumşaq tərkibi olan C3-ləri belə burada isitmək çox çətin olub.

İlk Sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Tras qısa olduğundan, heç kimin mane olmadığı təmiz dövrə vurmaq çətin olub. İlk cəhddə yaxşı nəticə göstərən Həmilton, Bottas, Ferstappen, Peres və Lekler ikinci cəhdə çıxmaqyıblar. Lyuisin 1:16.828-lik nəticəsi ən yaxşı olaraq qalıb. Latifi, Maqnussen, Qrojan, Covinatsi və Rəykkönen üçün sıralanma turu başa çatıb.

İkinci sessiyada Mercedes və Ferrari sürücüləri Medium təkərlərlə trasa çıxıblar. Həmilton və Bottas ilk cəhdlərində onları qane edən nəticəni qazanıblar, Fettel və Lekler isə növbəti cəhdlərinə çıxmalı olublar. Digər sürücülər Soft təkərlərdən istifadə edib. Peres Qaslinin sürətli dövrəsinə mane olub və stüardlar bu məsələni sessiyadan sonra araşdıracaqlar. Son saniyələrdə çınqıllığa çıxan Rikkardo maşını boksa çatdıra bilib. Fettel, Rassell, Kvyat, Stroll və Okon ilk onluğa düşə bilməyiblər. Bottas 1:16.466-lıq nəticə ilə protokollara başçılıq edib.

Son sessiyada Elbon Medium, qalan hamı Soft təkərlərlə trasa çıxıb. Rikkardonun zədələnmiş arxa qanadı dəyişdirilsə də, vaxt az olduğundan, mübarizəyə qoşula bilməyib. İkinci cəhdlərində Mercedes sürücüləri Medium təkərlərə keçiblər. Həmiltonun 1:16.934-lük nəticəsinə Bottas 1:16.754 ilə cavab versə də, Lyuis son cəhdində onu üstələyib – 1:16.652.

Beləliklə, Lyuis Həmilton mövsümdə 9-cu, karyerasında isə 97-ci poulunu əldə edib. Valtteri Bottas ikinci olduğundan, Mercedes daha bir yarışa ilk cərgədən başlamış olacaq. İkinci cərgəni Maks Ferstappen və Şarl Lekler, üçüncü cərgəni isə Serxio Peres və Aleksander Elbon tutublar.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:16.828 6 2 1:16.824 7 1:16.652 8
2 77 Valtteri Bottas Mercedes AMG 3 1:16.945 5 1 1:16.466 6 1:16.754 6
3 33 Maks Ferstappem Red Bull 2 1:16.879 6 3 1:17.038 9 1:16.904 8
4 16 Şarl Lekler Ferrari 6 1:17.421 6 8 1:17.367 9 1:17.090 8
5 11 Serxio Peres Racing Point 5 1:17.370 7 4 1:17.129 7 1:17.223 7
6 23 Aleksander Elbon Red Bull 7 1:17.435 11 9 1:17.411 10 1:17.437 8
7 55 Karlos Sayns McLaren 11 1:17.627 10 5 1:17.183 8 1:17.520 6
8 4 Lando Norris McLaren 9 1:17.547 11 6 1:17.321 7 1:17.525 6
9 10 Pyer Qasli AlphaTauri 4 1:17.209 12 7 1:17.367 11 1:17.803 3
10 3 Daniel Rikkardo Renault 10 1:17.621 8 10 1:17.481 9 0
11 31 Esteban Okon Renault 13 1:17.775 10 11 1:17.614 8
12 18 Ləns Stroll Racing Point 12 1:17.667 12 12 1:17.626 10
13 26 Daniel Kvyat AlphaTauri 14 1:17.841 12 13 1:17.728 10
14 63 Corc Rassell Williams 15 1:17.931 11 14 1:17.788 6
15 5 Sebastyan Fettel Ferrari 8 1:17.446 10 15 1:17.919 10
16 7 Kimi Rəykkönen Alfa Romeo 16 1:18.201 12
17 99 Antonio Covinatsi Alfa Romeo 17 1:18.323 12
18 8 Roman Qrojan Haas 18 1:18.364 12
19 20 Kevin Maqnussen Haas 19 1:18.508 10
20 6 Nikolas Latifi Williams 20 1:18.777 11
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*