K.Sayns: “Həmilton düzgün elədi”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, əgər o çempionluq uğrunda mübarizə aparsaydı, Həmilton kimi rəqiblərini ləngidərdi.

F-1.az xatırladır ki, Həmilton çempion olmaq üçün yarışı qazanmalı və Rosberq isə ən yaxşı halda 4-cü olmalı idi. Amma britaniyalı bu planın normal hallarda reallaşmadığını gördüyü halda, sürətini azaldaraq Rosberqi ləngitməyə başlamışdı.

Komandası Həmiltondan bir neçə dəfə sürətlənməsini istəsə də, britaniyalı təlimatları dinləməyərək, yavaş getməyə davam etmişdi. Beləliklə də, Fettellə Ferstappenin Rosberqə yaxınlaşmasını təmin etmişdi.

Karlos Sayns: “Mən də onun kimi edərdim. Yarışlar qazanıb, Dünya Çempionu olmaq istəyirsinizsə, qaydalar çərçivəsində olan hər şeydən istifadə etməlisiniz. Həmilton qaydaları pozmadı. Buna görə də onun qərarını dəstəkləyirəm.

Etdiyi hərəkət bəlkə düzgün deyil, amma o, Nikonun üzərindəki təzyiqi artırdı və onun bu təzyiqdə necə iş görəcəyinə baxmaq istədi. Mən vəziyyətin belə olduğuna inanıram”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*