Andrea Stella: Landonun dövrəsi bir növ şah əsəri idi

Yeni İspaniya avtodromunda keçirilən sıralanma turunda Lando Norris hamını təəccübləndirib və minimal üstünlüklə poul qazanıb: həlledici cəhdində qüvvədə olan dünya çempionu dövrəsini Kimi Antonellidən 0.011 saniyə daha sürətli vurub.

Komandanın rəhbəri McLaren sürücüsünün bu nailiyyətini belə şərh edib: “Demək olar ki, həmin dövrə əsl şah əsər idi! Bütün həftəsonu görürük ki, hər şeyi bir araya gətirə biləndə ən güclü maşınlardan? demək olar ki, geri qalmırıq.

Buna görə işləməyə davam edirik, sürəti tədricən, addım-addım artırmağa çalışırıq. Düşünürəm ki, Lando buna yalnız sıralanma turunun finalındakı son cəhdində nail olmayıb. Xəbər üçün mövzu axtarırsınızsa, məsələ ondadır ki, son döngədə Norris səhvə yol verib və bu, ona üç onluğa başa gəlib.

Ümumilikdə, o, inanılmaz dövrə vurub! Məncə, son döngəni nəzərə almasaq, bu, onun həyatındakı ən yaxşı dövrələrdən biri idi. O, sadəcə, maşının nəyə qadir olduğunu tam reallaşdıra bilib.

Poul bizi sevindirib, digər tərəfdən, liderlər qrupunda nəticələr o qədər sıxdır ki, cəmi bir neçə onluq uduzsanız, Oskar Piastri kimi 7-ci yerdə qalarsınız. Bütün bunlar çox maraqlıdır və gərgin yarış vəd edir”.

Stelladan soruşanda ki, İspaniya həftəsonunun əvvəlki sessiyalarında McLaren-ə yüksək temp göstərməyə hansı çətinliklər mane olub, o belə cavab verib: “Xatırlayırsınızsa, əvvəlki bəzi yarışlarda demişdik ki, maşınımız nisbətən aşağı sürətlərdə özünü ən yaxşı tərəfdən göstərmir. MCL40 həftəsonunun əvvəlindən Madrinqdə dövrənin sürətli hissələrində çox sürətlidir və biz bunu görürdük, amma sürücülərə əyləcləmə zamanı və yavaş döngələrə girişdə inam çatmırdı.

Buna görə sazlanmaları və pilotaj yanaşmasını yenidən nəzərdən keçirmişik, sürücülərin sükan arxasında getdikcə daha inamlı işləməsinə çalışmışıq və nəticədə sıralanma turunun sonuna yaxın birinci sektorda ən yaxşı vaxt məhz bizdə olub. Bu, artıq özlüyündə həm trasda, həm də Uokinqdəki bazada bütün komandanın yaxşı işinin nəticəsi olan pis olmayan nailiyyətdir.

Mən artıq demişəm ki, bu yarış həftəsonundan əvvəl Madrid trası barədə? demək olar ki, heç bir məlumatımız olmayıb, əvvəlki günlərdə isə mənim fikrimcə, Lando maşının bakında çox yanacaqla bir dənə də olsun dövrə vurmayıb. Bundan başqa, hamı aydınlaşdırıb ki, burada təkərlər kifayət qədər güclü dənlənir, buna görə qarşıdakı yarış üçün komandaların taktika ilə bağlı dəqiq təsəvvürü olduğuna əmin deyiləm. Ümumilikdə, əyləncəli olacaq!”

,