Norris: Bu, karyeramın ən yaxşı dövrələrindən biri idi

Lando Norris çətin Madrid trasında ona mövsümdə üçüncü poul qazandıran öz sürətinə digərlərindən az təəccüblənməyib.

Lando Norris: “Bunu indi dediyimə bir az təəccüblənirəm, amma yəqin ki, bu, bütün karyeram ərzində vurduğum ən yaxşı dövrələrdən biri idi. Mən bununla və bütün komandamız adına çox qürur duyuram, çox sevinirəm!

Bu, hər şeyin lazım olduğu kimi alındığı dövrələrdən biri idi. Nəyə nail olmaq istədiyimi yaxşı təsəvvür edirdim, amma görünür, beynim çox dəqiq işlədi və bu da son cəhdimdə belə nəticə göstərməyə imkan verdi. Bu, elə dövrələrdən biri idi ki, sonunda nəticəni görəndə anlayırsan: həqiqətən də hər şey əla keçdi.

Adrenalin həddən artıq yüksək idi, amma, eyni zamanda, sakitləşməyə çalışmaq lazım gəlirdi ki, hər şey sanki öz-özünə baş versin. Bu trasda həddən artıq həyəcanlanmaq çox asan idi, çünki burada hər tərəfdə divarlar var və biz onların yanından çox böyük sürətlə keçirik. Amma mən özümə arxayın idim, üstəlik maşın da məndə yaxşı təəssürat yaradtı. Buna görə də sadəcə istədiyimi etmişəm, baxmayaraq ki, son dövrədə rahatlaşa bildiyimi deyə bilmərəm.

Amma sadəcə dərindən nəfəs almışam və hər şey lazım olduğu kimi alınıb. Bu, demək olar ki, ideal dövrə idi. Son döngədə bir anlıq divara toxunacağımı və bizim uşaqların gecə maşını təmir etməli olacağını düşünmüşəm. Ümumilikdə, bir az da yaxşı keçmək mümkün olardı, amma yenə də təkrar edəcəyəm: bu, karyeramdakı ən yaxşı dövrələrdən biri idi! İstədiyim hər şey alındı, ona görə də indi bu qədər geniş gülümsəyirəm!

Sabahkı yarış ərəfəsində özümə mümkün olan ən yaxşı şansı vermişəm. Düşünmürəm ki, bu trasda ötmə etmək asan olsun, amma yenə də mümkündür. Arxamdan iki əla və çox sürətli sürücü start alacaq, amma mən artıq Madriddəki ilk İspaniya Qran Prisini səbirsizliklə gözləyirəm!”