L.Norris içməyəcək

McLaren komandasının sürücüsü Lando Norris mövsüm ərzində alkoqollu içki qəbul etməyəcəyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstraliyada 12-ci, Bəhreyndə isə 6-cı yeri tutaraq, debüt mövsümünə yaxşı başlanğıc edib. Ancaq 20 yaşlı sürücü Saxir trasındakı uğurunu içki ilə qeyd etməyib: “Təbii ki, içdim, amma alkoqollu içki qəbul etmədim. Çünki Formula1-də yarışıram və bu fürsətdən istifadə etmək istəyirəm. Axmaq hərəkət etmək istəmirəm. Belə olsa, özümə zərər verərəm. Karyeramı riskə ata bilmərəm. Hər şey gözlədiyimdən yaxşı gedir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*