L.Norris: Maşının sürətini sprint yarışında görəcəyik

Yaxşı günlər keçirməyən McLaren-in gənc britaniyalı sürücüsü sprint yarışının sıralanma turunda üçüncü ən yaxşı nəticəni göstərib.

F-1.az xəbər verir ki, Lando nəticədən razıdır, lakin maşının potensialını sprint yarışında qiymətləndirəcəyini deyib və proqnoz verməkdən çəkinib.

Lando Norris: “Təsnifat mərhələsi çətin oldu, çünki bordürlərə hücum etməkdən bir az qorxdum. Ümumiyyətlə, tras quru idi, lakin nəm əraziyə çıxmamaq üçün diqqətli olmalısan. Birinci yerə daha çox uduzsam da, dünənkindən daha yaxşı dövrə vurduğumu hiss etdim. İşini bu qədər yaxşı görən Maks onsuz da poulun sahibi olmalı idi. Yenə güclü çıxış etdik – yaxşı komanda işi oldu.

İlk məşqdə işləmək üçün çox az vaxtımız var idi, ona görə də uzun dövrələrdə hansı tempə malik olduğumuzu yalnız bu gün öyrənəcəyik. Sprintdə çətin olacaq, çünki bütün məsafə boyu hücum etməlisən. Bununla belə, biz maşının uzunmüddətli perspektivdə nə qədər sürətli olduğuna və yanımızdan start götürən rəqiblərlə rəqabət apara biləcəyimizə dair yaxşı bir fikir əldə edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*