A.Zaydl: Rikkardo ilə pivə içirik

Sauber şirkətinin idarə heyətinin rəhbəri Andreas Zaydl bildirib ki, Rikkardo ilə araları hələ də yaxşıdır.

F-1.az xatırladır ki, Zaydl keçən il McLaren komandasında rəhbər, Rikkardo isə sürücü idi. Lakin avstraliyalı sürücü gözləntiləri qarşılaya bilmədiyi üçün komanda ilə yolları ayrılmışdı.

Andreas Zaydl: “Peşəkar səviyyədə qarşılaşdığım ən çətin anlardan biri idi. Yollarımızı ayırmaq istədiyimizi ona açıq və dürüst şəkildə demək lap çətin idi. Lakin şəffaf və açıq dialoq hesabına bunu bacardıq. Beləliklə, mövsümü bitirə bildik.

Onunla hələ də yaxşı münasibətimiz var və axşamlar yemək yeməyə ya da pivə içməyə çıxırıq. Bu mənim üçün vacibdir, çünki idmandakı qarışıq texnologiyaya baxmayaraq, hamımız insanıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*