21 Mart 2019, Cümə axşamı - 11:55

K.Rəykkönen niyə McLaren-ə qayıtmayıb?

K.Rəykkönen niyə McLaren-ə qayıtmayıb?

Müəllif: Rauf Hacıyev, redaktor

17:11 - 01 Yanvar, 2019

Ferrari komandasının son Dünya Çempionu Kimi Rəykkönen 2009-cu ildə “qırmızılar”ın heyətindən ayrıldıqdan sonra McLaren-in təklifini qəbul etmədiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2002-ci ildə McLaren-ə transfer olunmuş və burada 5 mövsüm keçirdikdən sonra Ferrari-yə getmişdi. Əfsanəvi Mixael Şumaxeri əvəzləyən Kimi italyanların heyətində ilk mövsümündəcə Dünya Çempionu titulunu qazanmışdı.

Lakin Rəykkönen 2009-cu ilin sonunda Fernando Alonsonun transferinə görə komandadan göndərilmişdi. Həmin dövrlər finlandiyalını Toyota və McLaren kimi komandalar transfer etmək istəsələr də, “buz adam” ləqəbli sürücü hər iki komandanın təklifini rədd edərək WRC-də yarışmağa qərar vermişdi.

Kimi Rəykkönen
: “Martin Uitmarşla (McLaren komandasının rəhbəri) 2010-cu il üçün danışdıq. Məni McLaren komandasına qaytarmaq istəyirdi. Mənə təklif versələr də, burada Ferrari-də qazandığımdan daha az qazanacaqdım. Buna görə də rədd etdim. McLaren-ə keçməyin mənası yox idi. Daha çox pul təklif etsələr, oraya qayıdardım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər ,
Paylaş

logo