S.Fettel McLaren-ə gedir?

Ferrari komandasının sürücüsü Sebastyan Fettel 2021-ci ildə McLaren-ə keçə bilər.

F-1.az xatırladır ki, almaniyalı pilot son 5 mövsümü Ferrari-də keçirsə də, komandada daha çox buraxdığı səhvlərlə yadda qalıb. Buna görə də Ferrari-nin dördqat Dünya Çempionu ilə müqaviləni uzadıb-uzatmayacağı müəmmalıdır.

İspaniyanın Marca nəşri bu gün hamını heyrətləndirən xəbər dərc edib. Xəbərə əsasən, Fettel 2021-ci ildə McLaren-də yarışmaq üçün Andreas Zaydlla danışıqlara başlayıb.

Xatırladaq ki, Fettel 2006-cı ildə BMW Sauber komandasında test sürücü kimi çalışarkən Zaydl komandada yarış mühəndisi idi və o dövrdən etibarən ikili arasında dostluq münasibətləri var. Bundan başqa bu il McLaren-in inkişaf tempi və 2021-ci ildə Mercedes motoruna keçməsi dördqat Dünya Çempionunun diqqətini cəlb edə bilər. Həm də Britaniya təmsilçisi maliyyə cəhətdən yaxşı vəziyyətdədir və Fetteli yaxşı maaşla təmin etmək iqtidarındadır. Belə olan halda McLaren ya Karlos Saynsla, ya da Lando Norrislə yollarını ayırmalı olacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*