S.Fettel: “Yarışlara nəzarət edə bilmirik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarış qazanmaqdan çox uzaqdadırlar.

F-1.az xatırladır ki, Ferrari komandası bu il 12 yarışın heç birində qələbə qazana bilməyib və sonuncu Macarıstan yarışında Həmiltondan 1 dəqiqə geridə qalıb. “Qırmızılar” bu il döngəli traslarda zəifdirlər. Düzlüklü və az döngəli yarışlarda daha yaxşı performans göstərirlər.

Sebastyan Fettel: “İnkişaf üçün potensialımız var və döngələrdə problem yaşayırıq. Buna görə də düzlüklərdə güclüyük. Bolidə kiçik detallar əlavə edirik. Macarıstanda bu yeniliklər işləyirdi, ancaq rəqiblərimizə çatmaq üçün bəs eləmədi. Lakin Spa və Montsa traslarında daha güclü ola bilərik. Biz isə yarışlara nəzarət etmək istəyirik. Hazırda bu istəyimizdən çox uzağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*