12 Dekabr 2018, Çərşənbə - 09:19

S.Fettel: “Aydındır ki, biz poula ümid edirdik”

S.Fettel: “Aydındır ki, biz poula ümid edirdik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:17 - 15 Sentyabr, 2018

Bu gün Sinqapurda baş tutan sıralanma turundan sonra Ferrari-nin sürücüsü Sebastyan Fettel məyus olduğunu gizlətməyib.

F-1.az xatırladır ki, sıralanma turunun favoriti Ferrari komandası sayılsa da, Fettelin titul uğrunda əsas rəqibi Lyuis Həmilton möhtəşəm dövrə vuraraq poula sahib çıxıb. Hələ bu azmış kimi, Maks Ferstappen də almaniyalı sürücünü üstələyib…

Sebastyan Fettel: “Yaxşı nəticə deyil – aydındır ki, biz poula ümid edirdik. Sıralanma turu xaotik alındı, yekunda isə poula çox uduzdum. Üçüncü yerdən yüksək nəticə göstərə bilmədim.

Hələ boksdan çıxarkən trafikə düşdüm, həmişə sıralanma turunda yarış keçirmək, ötüşmək yaxşı deyil. Trasda çox maşın var idi, hamı birdən çıxmışdı boksdan, daim önümdə kimsə var idi. Amma buna gileylənmək istəmirəm – mənim daha bir cəhdim var idi, lakin ikinci cəhdim də yaxşı alınmadı.

Düşünürəm ki, maşınımız yarışda rəqabətədavamlı olacaq. Əlbəttə, mənim üçün çətin yarış olacaq, çünki ilk cərgədən start almayacam…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər
Paylaş

logo