Macarıstan-2021: Yarış

Red Bull-un Fransa və Avstriyadakı üstünlüyündən sonra Mercedes Silverstounda yeniliklərin müsbət nəticələrini görmüşdü. Macarıstanda da son çempion komanda qüvvələr nisbətinin tarazlaşdığını nümayiş etdirib.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Valtteri Bottas hamını üstələyib. Lyuis Həmilton isə dünənki sərbəst yürüşlərdə ən sürətli dövrənin sahibi olub. Britaniyalı pilot üçün sıralanma turu da uğurlu keçib və o, karyerasında 101-ci poulunu əldə edib.

Startda 30 dəqiqə qalmış, yağış başlayıb və sürücülər keçid təkərləri taxıblar. Covinatsi startdan əvvəl boksa yönəlib və slikləri taxıb.

Startda Həmilton yerini qoruyub. Bottas bir neçə yer itirdikdən sonra əyləcə vaxtında basa bilməyib, Peres və Norrislə toqquşub. Sonuncu isə Ferstappenlə ciddi təmas yaşayaraq onun da asfaltdan çıxmasına və maşının zədələnməsinə səbəb olub. Stroll da Leklerlə toqquşub, onların insidenti Rikkardonun da yerində fırlanmasına səbəb olub. Nəticədə Bottas, Norris, Stroll və Lekler üçün yarış başa çatıb.

Ferstappen pit-stop etdikdən sonra qırmızı bayraqlarla yarış dayandırılıb. Stüardlar Bottasla Strollu növbəti yarışın startında 5 yer itirməklə cəzalandırıblar. Qırmızı bayraq zamanı ilk onluq: Həmilton – Okon – Fettel – Sayns – Tsunoda – Latifi – Alonso – Rassell – Rəykkönen – Şumaxer.

Fasilə zamanı mexaniklər Maksın maşınının vəziyyətini bir qədər düzəltməyə çalışıblar, lakin zərəri tam aradan qaldırmaq mümkün olmayıb. Yağış dayanıb, günəş görünüb, restart 28 dəqiqə sonra verilib. Yerindən start zamanı çox maraqlı hadisə baş verib – Həmiltondan başqa hamı start düzlüyünə gəlmək əvəzinə pitə qayıdaraq quru təkərlərinə keçib. Lyuis start düzlüyündə tək dayanıb, o yerindən tərpəndikdən sonra sürücülər pit yolundan çıxıblar. Həmilton da dövrəni başa vuraraq pit-stop edib və lider olduğu halda, bir anda sonuncu yerdə trasa qayıdıb.

Mazepin pit ylunda Rəyykönenlə toqquşaraq münasibəti dayandırıb. Kimiyə 10 saniyəlik cəza verilib. Həmilton 5-ci dövrədə Covinatsini keçərək 13-cü olub. İtalyan sürücü də pit yolunda sürət həddini keçdiyi üçün 10 saniyəlik Stop&Go ilə cəzalandırılıb.

Maks Şumaxeri yalnız 10-cu dövrədə keçə bilib. Mik daha sonra Qasli və Həmiltonu da önə buraxmalı olub. Fettel yarışın lideri Okona hücumlara cəhd etsə də, fransız sürücü çox əla müdafiə olunub. Həmilton 20-ci dövrədə pit-stop edib, Ferstappen və Rikkardo onun həmləsinə cəmi 1 dövrə sonra cavab versə də, Lyuis onların hər ikisini geridə qoyub.

Rassell pit-stopdan Rikkardonun önündə qayıdıb, komanda Saynsı pit-stopa dəvət etsə də, razılaşmayıb. 23-cü dövrədə Tsunoda, ondan sonra isə Latifi yeni təkərlərə keçib. Həmilton Şumaxer və Latifini keçərək yeddinciliyə yüksəlib. Qasli 31-ci, Sayns isə 33-cü dövrədə pit-stop edib. Liderlərdən Fettel 37-ci, Okon isə 38-ci dövrədə pit-leynə yönəlib. Esteban Fettelin önə keçmək cəhdlərini məharətlə dəf edib. Qasli Latifini qabaqlayıb, Alonso isə yalnız 40-ci dövrədə pitə yollanıb. 5-ci dövrədən sonra ilk onluq: Okon – Fettel – Sayns – Həmilton – Alonso – Tsunoda – Qasli – Latifi – Rassell – Rikkardo.

Ferstappen 41-ci dövrədə mövqeyini itirmədən yeni təkərlərə keçib. Həmilton da növbəti dəfə təkərini dəyişərək 5-ci yerdə trasa qayıdıb. Maks Rəyyköneni keçərək 11-ci olub. Lyuis Fernandoya gəlib çatıb, lakin bir neçə dövrə nə qədər çalışsa da, onu keçə bilməyib. Maks isə Rikkardonu keçərək xal zonasına yüksəlib

Bütün bu təqiblər öz bəhrəsini 65-ci dövrədə verib – Fernando cüzi zəhvə yol verib və Həmilton onu keçərək dərhal Saynsa yaxınlaşıb. Britaniyalı sürücü sürətlə ilk ikiliyə yaxınlaşıb. Qasli isə sonlarda sürətli dövrə üçün Soft təkərlərə keçib və aktivinə daha bir xal yazdıra bilib.

Beləliklə, Esteban Okon karyerasında ilk qələbəsini qazanıb və Formula1 tarixində buna nail olan 111-ci sürücü olub. Sebastyan Fettel ikinci olub, lakin təhlil üçün lazım olan 1l yanacaq qalmadığı üçün yarışdan sonra protokollardan xaric edilib. Bu cəzadan sonra Lyuis Həmilton ikinciliyə, Karlos Sayns isə üçüncülüyə yüksəlmiş olub.

Həmilton çempionatda üstünlüyü yenidən ələ alıb. Williamas komandası hər iki sürücü isə xal zonasına düşməyi bacarıb.

Mövsümün ilk hissəsi başa çatıb. Çempionatın iştirakçıları 1 aylıq fasiləyə yollanırlar. Mübarizə 4 həftə sonra əfsanəvi Spa trasında baş tutacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 31 Esteban Okon Alpine 2:04:43.199 3
2 5 Sebastyan Fettel* Aston Martin + 0:01.859 3
3 44 Lyuis Həmilton Mercedes AMG + 0:02.736 4
4 55 Karlos Sayns Ferrari + 0:15.018 3
5 14 Fernando Alonso Alpine + 0:15.651 3
6 10 Pyer Qasli AlphaTauri + 1:03.614 4
7 22 Yuki Tsunoda AlphaTauri + 1:15.803 3
8 6 Nikolas Latifi Williams + 1:17.910 3
9 63 Corc Rassell Williams + 1:19.094 3
10 33 Maks Ferstappen Red Bull + 1:20.244 5
11 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 4
12 3 Daniel Rikkardo McLaren +1 dövrə 3
13 47 Mik Şumaxer Haas +1 dövrə 3
14 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 4

 

* –  Sebastyan Fettel finişdən sonra maşının çənində kifayət qədər yanacaq qalmadığı üçün protokollardan xaric edilib.

Sürətli dövrə: Pyer Qasli (AlphaTauri) – 1:18.394 (70-ci dövrə, 201.183 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Nikita Mazepin Haas 4 asılqan
Lando Norris McLaren 2 mexaniki problem
Valtteri Bottas Mercedes 1 qəza
Şarl Lekler Ferrari 1 qəza
Ləns Stroll Aston Martin 1 qəza
Serxio Peres Red Bull 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 195
2 33 Maks Ferstappen Red Bull Racing 187
3 4 Lando Norris McLaren Racing 113
4 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 108
5 11 Serxio Peres Red Bull Racing 104
6 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 83
7 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 80
8 3 Daniel Rikkardo McLaren Racing 50
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 49
10 31 Esteban Okon Alpine F1 Team 39
11 14 Fernando Alonso Alpine F1 Team 38
12 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 30
13 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 18
14 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 18
15 6 Nikolas Latifi Williams Racing 6
16 63 Corc Rassell Williams Racing 4
17 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 2
18 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 303
2 Red Bull Racing Honda 291
3 Scuderia Ferrari Mission Winnow Ferrari 163
4 McLaren Racing Mercedes 163
5 Alpine F1 Team Renault 77
6 Scuderia AlphaTauri Honda Honda 67
7 Aston Martin Cognizant F1 Team Mercedes 48
8 Williams Racing Mercedes 10
9 Alfa Romeo Racing ORLEN Ferrari 3
, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*