22 İyul 2019, Bazar ertəsi - 13:50

Ferrari Bakıya böyük yeniliklərlə gəlir

Ferrari Bakıya böyük yeniliklərlə gəlir

Müəllif: Rauf Hacıyev, redaktor

10:22 - 24 Aprel, 2019

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, SF90-nın ilk böyük yeniliklərini Bakıya gətirəcəklər.

F-1.az xatırladır ki, tiffozilər ilk 3 yarışda azarkeşlərini məyus ediblər. Bolid düzlüklərdə sürətli olsa da, döngələrdə rəqiblərindəb çox geridə qalır.

Mattia Binotto: “İlk 3 yarış istədiyimiz kimi getmədi. Bu yarış bizimçün çox vacibdir. Buna görə də yaxşı hazırlaşmışıq. İndiyə qədər topladığımız bütün məlumatları təhlil etdik. Bakıda uzun düzlüklər var və bu da mühərriyə əlavə güc salır. Həm daxiliyanma mühərriyi, həm də hibrid bölümdə əlavə xüsusi ehtiyaclar olacaq. Bu trasda ötmə etmək asan görünür. Xüsusilə də, bu il. Trasın səthi hamardır və buna görə də təkər yeyilməsi az olacaq. Amma təkərlərin iş rejiminə fikir vermək lazımdır. Burada təhlükəsizlik maşınının çıxma ehtimalı yüksəkdir. Buna görə də düzgün strategiya seçmək lazımdır. Bakıya böyük yeniliklərlə gedirik və bu, inkişafdakı ilk addım olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 169
Teqlər , , , , ,
Paylaş

logo