K.Sayns: Ən çox problem Hard təkərlərlədir

Geridə qoyduğumuz Mayami yarışına Medium təkərlərlə başlayan ispan sürücü uzun müddət podium mübarizəsində xeyli şanslı görünüb.

F-1.az xatırladır ki, Hard təkərə keçdikdən sonra həmyerlisi Fernando Alonsoya tempdə açıq aydın uduzub, hətta Corc Rassellə də keçilərək beşinci yeri tutub.

Karlos Sayns: “Mayamidə sanki adi sürücülük təcrübəsi mənə qayıtdı və maşın sürmək Bakıdan daha rahat idi. Bu o deməkdir ki, Azərbaycan yarışı tipik  yarış olmadı. Bəlkə də bu mövsüm uğursuzluqların sayı ilə əlaqələndirmək lazımdır.

hələ də xüsusi seviniləcək bir şey yoxdur. Yarışın birinci hissəsində podium uğrunda mübarizə apardıq və daha əvvəl pit-stop etdiyimiz üçün Fernando Alonsonu qabaqlamaq istəyirdik. Medium təkərlərdə maşın mənə sürətli tempi saxlamağa imkan verdi, lakin biz sərt təkərlərə keçən kimi tıxacda qaldım.

Təkərlərə bir az kir və toz yapışdı, bundan sonra temp çox aşağı düşdü – deyə bilərəm ki, bu, bizi reallığa qaytardı. Yarış məsafəsində hələ kifayət qədər sürətli deyilik və sərt təkərlərə keçəndə rəqiblərimizdən daha çox problemimiz olur.

Ancaq Medium təkərlər haqqında danışırıqsa, Mayamidə hər kəs onlarla çətinlik çəkirdi, amma bu, bəlkə də, mənə daha az təsir etdi. İlk hissə boyu mən Fernando Alonsonu təqib edirdim, ona təzyiq göstərirdim və əslində onu ötməyə hazırlaşırdım. Amma elə bu anda komanda məni pitə çağırdı. Ümumiyyətlə, nədənsə, yüksək tempi saxlaya bildiyim müddət orta təkərlərlə sürdüyüm vaxta təsadüf etdi.

Fernando ilə duelin mənə həzz verdiyini deyə bilmərəm, çünki əslində yan güzgülərdən arxadan gələnlərə baxmalı olan mənəm. Ferrari təsnifat mərhələsində adətən Aston Martin-i qabaqlayır, lakin onların maşını yarışlarda daha sürətlidir. Fernando AMR23-də çox rəqabətlidir, təkərlə daha yaxşı işləməyi bacarır”.

Xatırladaq ki, komandanın rəhbəri Frederik Vassyör və Karlosun komanda yoldaşı, yarışda yeddinci olmuş Şarl Lekler də yarışdan sonra maşının Hard təkərlərlə performansından şikayətlənib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*