Ş.Lekler təmkinli danışır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, hazırda kimin güclü olduğunu demək çətindir.

F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.

Şarl Lekler: “Tətildən sonra bolidə qayıtmaq gözəldir. Trasın fərqli yerlərində yağış yağarkən çox sayda dövrə vurduq. Bütün komandalar fərqli proqramlar üzərində işlədiyi üçün güc balansının necə olduğunu demək çətindir. Cəza aldığımız üçün əsasən yarış tempinə fokuslanacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*