10 Dekabr 2018, Bazar ertəsi - 21:35

Ferrari Rusiyaya yeni ön qanad gətirəcək

Ferrari Rusiyaya yeni ön qanad gətirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

10:53 - 27 Aprel, 2016

Ferrari komandası bu həftə Rusiyada qalib gəlmək istəyir, buna görə də italyanlar gərgin iş rejiminə keçiblər. Bu həftəsonu qırmızı bolidlərdə yeni ön qanad və yenilənmiş mühərrik görəcəyik.

F-1.az xatırladır ki, Ferrari-nin texniki direktoru Ceyms Əllisonun həyat yoldaşı dünyasını dəyişmişdi və britaniyalı mütəxxəssis məzuniyyətə çıxmışdı. Amma Ceyms artıq məzuniyyətdən qayıdıb və Mercedes komandası ilə fərqi minimuma endirmək üçün vəzifəsini icra etməyə başlayıb.

Ferrari komandası Rusiya yarışı üçün həm Fettelə, həm də Rəykkönenə yeni ön qanad gətirəcək.

Ferrari komandası ümid edir ki, bu yeniliklərdən sonra SF-16H tam potensialını göstərə biləcək və ilk iki yarışda etibarlılıq problemlərinə görə itirilən xallar kompensasiya ediləcək.

Keçən həftə xəbər vermişdik ki, Ferrari mühərriyi inkişaf etdirib və bunun üçün 9 şərti baldan 3-nü istifadə edib.

Bu yeniliklərdən sonra Kimi Rəykkönen mövsümdə ikinci, Sebastyan Fettel isə üçüncü güc qurğusundan istifadə edəcəklər.

İlk 4 yarışdan sonra bu qədər mühərrik işlətmək riskli olsa da, Ferrari komandası çox nikbindir. İtalyanlar bildiriblər ki, onlar köhnə güc qurğularını Monako və Sinqapur kimi mühərriyə tələbkar olmayan traslarda istifadə edəcəklər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 411
Teqlər , , , ,
Paylaş

logo