V.Bottas: Sabah mübarizə aparacağıq

Mercedes komandasının sürücüsü Valtteri Bottas sabahkı yarışda qələbə uğrunda mübarizə aparacağına inanır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Ferstappendən 0.194 saniyə geri qalaraq 2-ci olsa da, cərimələndiyi üçün yarışın startında 3 yer itirəcək və yarışa 5-ci yerdən başlayacaq.

Valtteri bottas: “Cəza almağım pis oldu, çünki yarışa beşinci yerdən başlayacam. İkinci yerdən başlamaq istərdim. Məncə, sıralanma turu yaxşı keçdi. Boliddə düzgün sazlanmalar tapdıq. Maşında özümü yaxşı hiss edirdim. Boliddən maksimumu aldım.

Son sessiyadakı ilk cəhdimdə Tsunoda məni blokladı. Orada vaxt itirdim. Yoxsa daha yaxşı nəticəm ola bilərdi.

Sabah mübarizə apara bilərik.Cəza aldığım üçün Medium təkərləri seçdik. Bu isə bizə üstünlük gətirəcək. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*