C.Rassell: Alonso podiuma yaxındır

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Fernando Alonso podiuma daha yaxındır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndəki sıralanam turunda beşinci olub, amma Aston Martin-in yarış tempi düşünüləndə, onun podiuma yüksəlməsi real görünür.

Corc Rassell isə yarışa Fernando Alonsonun arxasında, 6-cı yerdə başlayacaq.

Corc Rassell: “Məncə, bu gün Ferrari və Fernando ilə üçüncü yer uğrunda mübarizə apara bilərik. Xüsusən də, mənim boksumda bolidi yarışa sazladılar.

Ferrari-nin yarış tempi həmişə sıralanma tempindən zəif olur. Bizdə isə əksinə. Yarışda daha sürətli oluruq. Məncə, üçüncü yer uörunda mübarizə aparmaq üçün yaxşı yerdəyik. Düzünü desəm, Alonsi podiuma Ferrari-lərdən daha real namizəddir.

Sözün düzü, Aston Martin-dən daha yaxşı nəticə gözləyirdim. Lakin onlara bu qədər yaxın olmağımız təəccüblüdür. Sessiya bizim üçün yaxşı keçdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*