Fransa-2021: Birinci sərbəst yürüşlər

Formula1 ardıcıl 2 şəhər trasından sonra stasionar trasa qayıdıb. Hava səhərdən isti olub, komandalar sessiyaya sərt təkərlərlə başlayaraq aerodinamika və aşınma üzərində çalışıblar.

F-1.az bildirir ki, Williams-da Roy Nissani Corc Rasselli əvəz edib. Qalan komandalar əsas sürücüləri ilə çalışıblar.

Pirelli Bakıdakı insidentlərdən sonra qüvvələr nisbətinə təsir göstərə biləcək təkər təzyiqlərini daha ciddi idarə etməyə qərar verib. Yüksək təkər təzyiqi və trasın bir çox yerindəki yenilənmiş asfalt səhvlərə səbəb olub.

İlk dəqiqələrdə Mik Şumaxer trasdan çıxaraq qəza edib. Daha sonra isə Yuki Tsunoda yerində fırlanaraq sarı bayraqlara səbəb olub. Porebriklərə hücum edən Bottas ön qanadını zədələyib.

Fettel də 11-ci döngədə yoldan çıxaraq bariyerlərlə toqquşub, Sayns ikinci döngədə yerində fırlanıb. Ferstappen isə porebriklərə çıxaraq maşının altlığını zədələyib.

Protokollara 1:33.448-lik nəticə ilə Valtteri Bottas başçılıq edib. Məşqlər axşam davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:33.448 24
2 44 Lyuis Həmilton Mercedes AMG 1:33.783 + 0:00.335 21
3 33 Maks Ferstappen Red Bull 1:33.880 + 0:00.432 23
4 11 Serxio Peres Red Bull 1:34.193 + 0:00.745 25
5 31 Esteban Okon Alpine 1:34.329 + 0:00.881 25
6 3 Daniel Rikkardo McLaren 1:34.644 + 0:01.196 24
7 14 Fernando Alonso Alpine 1:34.693 + 0:01.245 21
8 10 Pyer Qasli AlphaTauri 1:34.699 + 0:01.251 20
9 4 Lando Norris McLaren 1:34.707 + 0:01.259 21
10 22 Yuki Tsunoda AlphaTauri 1:34.847 + 0:01.399 22
11 16 Şarl Lekler Ferrari 1:34.950 + 0:01.502 24
12 99 Antonio Covinatsi Alfa Romeo 1:35.116 + 0:01.668 23
13 7 Kimi Rəykkönen Alfa Romeo 1:35.135 + 0:01.687 20
14 18 Ləns Stroll Aston Martin 1:35.275 + 0:01.827 23
15 5 Sebastyan Fettel Aston Martin 1:35.289 + 0:01.841 16
16 55 Karlos Sayns Ferrari 1:35.342 + 0:01.894 24
17 6 Nikolas Latifi Williams 1:35.612 + 0:02.164 22
18 47 Nikita Mazepin Haas 1:36.651 + 0:03.203 24
19 47 Mik Şumaxer Haas 1:37.329 + 0:03.881 14
20 45 Roy Nissani Williams 1:37.881 + 0:04.433 16
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*