Türkiyə-2020: Üçüncü sərbəst yürüşlər

Cəmi 2 həftə əvvəl döşənən asfalt örtüyü və seçilən ən sərt tərkiblərə görə komandalar yağışı ən pis ssenari hesab edirdilər. Bu gün İstanbulda yağışlı hava var.

F-1.az bildirir ki, sessiyanın əvvəlində sürücülər keçid təkərlərlə trasa çıxıblar, daha sonra isə yağış təkərlərinə keçməli olublar. Bu gün də demək olar ki, hamı azı bir dəfə sürüşərək asfaltdan çıxıb. İstanbul Parkın geniş təhlükəsizlik zonaları qəzaların qarşısını alıb.

Peres və Norris pit yolunda az qalsın toqquşublar – McLaren üzvləri təkər dəyişdikdən sonra sürücünü ehtiyatsız buraxıblar, Serxio qəzadan son anda yayına bilib.

Son yarım saatda trasda su həddən artıq çox olduğundan, hamı bokslarda qalmağa üstünlük verib. Son dəqiqələrdə trasa çıxan Covinatsi iki dəfə ciddi səhvə yol verib və sarı bayraqlara səbəb olub.

Protokollara bu dəfə də Maks Ferstappen başçılıq edib – 1:48.485.

Bizi Bakı vaxtı ilə 16:00-da olduqca maraqlı sıralanma turu gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:48.485 6
2 16 Şarl Lekler Ferrari 1:49.430 + 0:00.945 9
3 23 Aleksander Elbon Red Bull 1:50.059 + 0:01.574 5
4 31 Esteban Okon Renault 1:53.897 + 0:05.412 9
5 4 Lando Norris McLaren 1:53.995 + 0:05.510 7
6 5 Sebastyan Fettel Ferrari 1:54.490 + 0:06.005 14
7 11 Serxio Peres Racing Point 1:55.577 + 0:07.092 6
8 77 Valtteri Bottas Mercedes AMG 1:55.666 + 0:07.181 4
9 20 Kevin Maqnussen Haas 1:55.878 + 0:07.393 4
10 18 Ləns Stroll Racing Point 1:56.824 + 0:08.339 5
11 3 Daniel Rikkardo Renault 1:58.475 + 0:09.990 6
12 55 Karlos Sayns McLaren 1:59.548 + 0:011.063 7
13 99 Antonio Covinatsi Alfa Romeo 2:02.325 + 0:013.840 10
14 10 Pyer Qasli AlphaTauri 2:02.473 + 0:013.988 7
15 8 Roman Qrojan Haas 2:04.748 + 0:016.263 5
16 7 Kimi Rəykkönen Alfa Romeo 2:06.351 + 0:017.866 12
17 26 Daniil Kvyat AlphaTauri 2:09.368 + 0:020.883 8
18 63 Corc Rassell Williams 1
19 6 Nikolas Latifi Williams 1
20 44 Lyuis Həmilton Mercedes AMG 3

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*