F.Alonso: “İstanbul Park üçün darıxıram”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, İstanbul Park gözəl trasdır və Türkiyə yarışının yenidən təqvimə qayıtmasını istəyir.

F-1.az xatırladır ki, Türkiyə Qran Prisi 2005-ci ildə Formula1-də debüt etmiş və 2011-ci ildəki yarışdan sonra təqvimlə vidalaşmışdı.

Fernando Alonso: “İstanbuldakı yarışı həmişə sevirdim. O trasın fərqli xüsusiyyəti var idi. Fərqli yüksəkliyə sahib olduğu üçün çətin idi. Orada yarışmağı sevirdim. Manyi Kur trası da gözəl idi. Sizdən fərqlilik tələb edən trasdır və o trasın da təqvimə qayıtmasını istəyərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*