12 Dekabr 2018, Çərşənbə - 07:03

E.Bulye: “Vandorn istedadını göstərdi”

E.Bulye: “Vandorn istedadını göstərdi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:33 - 04 Aprel, 2016

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Vandorn Bəhreyndə mükəmməl nəticə göstərib…

F-1.az xatırladır ki, Stoffel Vandorn Bəhreynə cümə günü səhər çatıb və əvvəlcə debüt yarışındaca Formula1-in ən təcrübəli sürücüsü olan komanda yoldaşını məğlub edə bilib.

Erik Bulye: “Düzünü desək, əla həftəsonu keçirtdi. Səhv eləmədi və əla performans göstərdi.

Bu uğur onun karyerasında vacib rol oynayacaq. Biz bilirik ki, hamının gözü ondadır və hamı onun yarışını diqqətlə izlləyir”.

Bulye bildirib ki, Vandornun Bəhreynə gec gəlməsi heç də onun əlehinə deyil: “İnsanlar həmişə bunu deyir, amma mən düşünürəm ki, bu doğru deyil.

Ən azından yarış barədə plan qurmaq üçün vaxtı var idi və bu ona maneçilik törətmədi. Biz də onun üstünə çox düşmədik və buna görə də yaxşı nəticə göstərdi”.

Bulye bildirib ki, Censon Batton yarışı dayandırmasaydı, yarışı komanda yoldaşından öndə bitirə bilərdi: “Censona inanırdıq. Düşünürdük ki, ən pis halda yeddinci yeri tutar. Yəni ki, daha yaxşı nəticə ala bilərdik.

Sürücülər boliddən çox razıdırlar. Bu çox vacibdir. Əgər biz inkişaf etməyə davam etsək, hər yarışdan xal qazana bilərik”.

Erik Bulye Alonso barədə də danışıb. Qeyd edək ki, Alonso tibbi müayinədən keçə bilməsə də, Bəhreyndə qalıb və komandasına kömək edib: “Bu cür təcrübəni yaşamağımız əla oldu. Xəyal qırıqlığından sonra əyləncəli bir həftəsonu keçirdik. Alonso radio vasitəsilə verdiyi məsləhətlərlə komandaya çox xeyir verdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 437
Teqlər , , , ,
Paylaş

logo