K.Qon: “Alonsonu Renault-da görmək xoş olar…”

Renault-Nissan alyansının prezidenti Karlos Qon Fernando Alonsonu gələcəkdə komandada görmək istəyir.

F-1.az xatırladır ki, Fernando Alonso 2005-ci və 2006-cı illərdə Renult-da çıxış edərkən dünya çempionu olub. Komanda son qələbəsini də məhz Alonso ilə qazanıb.

Karlos Qon: “Alonso ilə müqavilə bağlamaq? Əlbəttə ki, istəyərəm. Düzdür, bu komanda rəhbərliyinin görməli olduğu işdir. Bu məsələdə mən onları dəstəkləyərəm.

Formula1-də bir çox dostum olub və istedadlı sürücülərlə işləmişik. Fernando onların arasında ən güclüsü idi. Bu gün də Formula1-in ən yaxşı sürücüsüdür.

Formula1-dən ayrıldığımız vaxt ciddi maliyyə böhranı var idi. Bizim kimi, Honda və Toyota da idmandan getmişdi. Amma komandanın tarixini yenidən yazmağın vaxtı gəlib”.

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*