Alonso əzəli rəqibi Fettelə tövsiyə verib

Aston Martin komandasının sürücüsü Fernando Alonso əzəli rəqibi Sebastyan Fettelə idmana qayıtmağın asan olmadığını deyib.

F-1.az xatırladır ki, Sebastyan Fettel bu günlərdə verdiyi açıqlamada bildirib ki, Formula1-ə qayıda bilər.

Dördqat Dünya Çempionu bu sözləri deyib: “Buna yox demirəm, çünki gələcəkdə nə olacağını bilmirəm. Məncə, keçmişdə qayıtmaq ehtimalı olan sürücülərdən müsahibə alanda çoxu ya yox deyib, ya da bilmirəm deyib. Lakin sonda hamısı qayıtdılar. Yəni ki, bu ehtimalı gözardı etmirəm.

Bu, alacağım təklifdən asılıdır. Lakin həyat sonsuz deyil. Hazırda 36 yaşım var və on il ərzində qayıdacağımı deyə bilmərəm. Doğru zamanda qayıda bilərəm, amma bu qərar həyatımdakı problemlərdən asılıdır. Hazırda qayıtmaq fikrim yoxdur”.

“Sadəcə mən istəsəm, qayıdaram. Biri zədələnəndə və onu əvəzləmək lazım olanda yox. Belə halda qayıtmayacağam. Hazırda boynum yüksək sürətə hazır deyil. Lakin bunu saymasaq, hər şey qaydasındadır. Fiziki cəhətdən yaxşı vəziyyətdəyəm”.

Fettel keçən ilin sonunda idmandan getmişdi və onun hazırda 36 yaşı var. Peletondakı ən yaşlı sürücülər isə Fernando Alonso ilə Lyuis Həmiltondur. Onların müvafiq olaraq, 42 və 38 yaşları var.

Fernando Alonso əzələli rəqibi Sebastyan Fettelin idmana qayıtması ehtimalından danışıb: “O intervyu verərkən mən orada deyildim. Bəzən sadəcə başlığı oxuyanda söhbətin nədən getdiyini tam olaraq anlamırsınız.

Daniel Rikkardo qayıdanda da bunu demişdim. Bu, elə də asan iş deyil. Çətin tərəfləri var. Formula1-ə qayıtmaq elə-belə şey deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*