D.Hill: Alonso çox ağıllı adamdır

Sabiq Formula1 sürücüsü Deymon Hill bildirib ki, Fernando Alonso gördüyü ən ağıllı adamlardan biridir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddə yarışından sonra 10 saniyə cəza alıb podiumu əldən versə də, sonradan Aston Martin-in etirazından sonra cəza ləğv edilmişdi.

Deymon Hill: “Ciddədəki yarışdan sonra alonsonun açqılamalarını xatırlayın. Dedi ki, stüardlar cəzanı vaxtında versələr, fərqi açardı.

Niki Lauda və Ceki Stüartdan başqa Formula1-dəki ən ağıllı adam Fernando Alonsodur. O, hər şeyi düşünür və çox ağıllıdır. Ona makina demək istəyirəm, amma makina deyil, insandır. Yarış dünyasının ən yaxşılarından biridir. Məni həmişə təsirləndirir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*