F.Alonso Vandorna təriflər yağdırıb

Fernando Alonso McLaren-in ehtiyat sürücüsü Vandornu Bəhreyndə xal aldığı üçün tərifləyib və bildirib ki, belçikalının karyerası mükəmməl olacaq.

F-1.az xatırladır ki, Fernando Alonso Avstraliyada zədələndikdən sonra Vandorn Bəhreyndə ispaniyalını əvəz etmişdi. Amma Vandorn karyerasındakı ilk Formula1 yarışında xal qazanmışdı.

Fernando Alonso gənc sürücünün problemlərdən uzaq qalmasına görə təəccüblənib: “Mükəmməl idi. Debütant olmasına baxmayaraq, mükəmməl performans göstərdi. Formula1 bolidinə oturan kimi yaxşı nəticə almaq heç də asan deyil. Yarışın birinci dövrəsi çox çətin idi. Birinci dövrədə çoxlu insident olsa da, Vandorn hamısından qaça bildi.

Sıralanma turunda da güclü idi. Yeni formata görə problemləri olsa da, əla iş gördü. O bolidi limitlərdə sürdü, çünki ilk dəfə idi ki, sükan arxasına keçirdi. Amma Censon bolidin potensialını daha yaxşı istifadə etdi. Bu isə normaldır”.

Qeyd edək ki, belə söz-söhbətlər var ki, Vandorn gələn ildən etibarən Battonu əvəz edə bilər. Alonso da inanır ki, belçikalının karyerası uğurlu olacaq: “Yarışda bəxtimiz gətirmədi, çünki Censon Batton layiq olduğu xalları qazana bilmədi. Stoffelin isə bəxti gətirdi, çünki ilk yarışındaca xal almaq fantastika deməkdir və onun karyerası uğurlu olacaq”.

Qeyd edək ki, Vandorn həm McLaren komandasının ehtiyat sürücüsüdür, həm də Yaponiyanın Super Formula seriyasında çıxış edir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*