S.Domenikali: “Alonso Ferrari-yə qayıda bilər”

F-1.az bildirir ki, Ferrari-nin sabiq komanda rəhbəri Stefano Domenikali tərəflər istədiyi təqdirdə, Fernandonun komandaya qayıtmasına şad olacağını deyib.

Stefano Domenikali: “Belə istedadlı adamlarla çalışmaq çətindir. Lakin Fernando hər zaman mübarizə aparmağı özünə borc bildiyinə, çox güclü və motivasiyalı olmasına, hədəfə çatmaq üçün hər şeyi etdiyinə əminəm. Əgər Ferrari-yə qayıtsa, möhtəşəm olar. Gələcəkdə belə qərar versə, niyə də olmasın? Hər şey Fernandonun və əlaqədar insanların qərarlarından asılıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*