F.Alonso: Əla həftəsonudur

Aston Martin komandasının sürücüsü Ferando Alonso bildirib ki, ikinciliyə görə sevinclidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda üçüncü yeri tutssa da, Leklerin cəzasına görə ikinci yerdən start alacaq.

Fernando Alonso: “Çox sevincliyəm. Bizim üçün yaxşı həftəsonu oldu. Bəhreyndə sıralanma turu zəif yerimiz idi. Amma bu gün bolid vahid dövrədə güclü idi. Görək sabah nə edirik.

Şarlın cəzası var. İlk cərgədən başlayırıq. Bu əladır. Yarış barədə düşünürük. Bazar günü daha yaxşı oluruq və ilk cərgədən başlamaq əladır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*