Liam Louson: “İki maşınla finala yüksəlməyimizə şadam. Dünənki cəriməyə görə yarışa bir pillə geridən başlayacağam, amma əsas odur ki, orta qrupun ən güclü komandası biz olmuşuq.
Mən cümə günü baş vermiş insidentə görə Maksdan üzr istədim. Gələcək üçün nəticə çıxaracağam, amma indi bütün diqqətimi yarışa yönəltmişəm. Bu, çətin trasdir, amma maşınımızı sürmək mənim xoşuma gəlir, yarışı səbirsizliklə gözləyirəm və xal qazanacağıma ümid edirəm”.





