C.Batton: “Komandadakı komunikasiya zəifliyi trafikdə qalmağıma səbəb oldu”

McLaren komandasının sürücüsü Censon Batton Monakodakı strategiya səhvlərindən sonra bildirib ki, komanda daxilindəki kommunikasiya inkişaf etdirilməlidir...

F-1.az xatırladır ki, Batton təkərlərini güclü yağış təkərlərindən keçid təkərlərinə dəyişən ilk sürücülərdən olsa da, Manor-un arxasınqa qalıb və çoxlu vaxt itirib. Manor-ların gerisində qalaraq çoxlu vaxt itirən və pit-stop strategiyasından bəhrələnə bilməyən britaniyalı sürücü yarışı 9-cu pillədə başa vurub.

Britaniyalı sürücü düşünür ki, komandası ona trafik barədə xəbərdarlıq etməli idi: “Düşünürdüm ki, bu cür hallarda qərar verməkdə yaxşıyam, amma reallıqda o qədər də yaxşı deyiləmmiş. Amma hamının mənim etdiyimi edib, məndən üstün olmaları məni məyus edir.

Manor-ların arxasında ilişib qalmaq heç də yaxşı olmadı. Komanda ilə aramda yaxşı kommunikasiya yox idi. Çünki ötmənin mümkün olmadığı trasda Manor-ların önündə olmalı idik.

Hər dövrə onlardan 4 saniyə sürətli olsaq da, ötmə etmək mümkün deyildi. Bu səhv idi, amma yenə də yaxşı xallar qazandıq. Quru şəraitdə keçən yarışda bu xalları ala bilməzdik.

Yarış tempi və strategiya cəhətdən yaxşı qərarlar verdim. Trafikə düşəcəyimi bilmirdim və trafikdə qaldım. Bütün problem bu idi”.

Bundan başqa Button bildirib ki, Alonsonun nəticəsi McLaren-in real sürətini əks etdirmir və bu mövzuda Alonso ilə razıdır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*