J.Vilnöv: Alpine Alonsonu axtaracaq

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Alpine bu il Alonsonun yoxluğunu hiss edəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin sonunda Alpine-i tərk edərək, Aston Martin-ə transfer olunmuşdu.

Lakin 41 yaşlı sürücü mövsümə yaxşı başlayıb və Bəhreyndə Aston Martin-lə ilk podiumunu əldə edib.

Jak Vilnöv: “Alpine onun gedişindən zərər görəcək. Alonsonun Bəhreyndə güclü olacağını bilirdik. Ötmələri çox təsiredici idi. 41 yaşınız olanda, yaşınız sizə təsir etməyə başlayır. Artıq yarışlardan getmək istəyirsiniz. Ancaq Alonso 20 il əvvəlki kimi ac olduğunu göstərdi. Təcrübəsi ona podium qazandırdı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*