F.Alonso: Yeniliklər işləyir

Alpine komandasının sürücüsü Fernando Alonso düşünür ki, yeniliklər yaxşı işləyir.

F-1.az bildirir ki, Alpine Sinqapura yeni altlıq gətirib. Lakin hər iki sessiya da ispaniyalı sürücü üçün pis keçib və o, günü 8-ci yerdə bağlayıb.

Fernando Alonso: “Bizim üçün yaxşı gün deyildi. Ötürmələr qutusu probleminə görə birinci sessiyada az işlədik. İkinci sessiya yaxşı keçsə də, vaxt itkisini kompensə edə bilmədik.

Buna baxmayaraq, vəziyyətimiz yaxşıdır. Yeniliklər işləyir. Lakin məlumatları təhlil etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*