17 İyun 2019, Bazar ertəsi - 20:52

F.Alonso İndy500 yarışına Chevrolet mühərriyi ilə çıxacaq

F.Alonso İndy500 yarışına Chevrolet mühərriyi ilə çıxacaq

Müəllif: Rauf Hacıyev, redaktor

16:19 - 07 Dekabr, 2018

McLaren komandası may ayında keçiriləcək İndy500 yarışında Chevrolet mühərriyi ilə çıxış edəcək.

F-1.az xatırladır ki, Fernando Alonso 2017-ci ildə İndy500-də Honda mühərriyi ilə yarışmışdı. McLaren komandası onda F1-də Honda ilə işləyirdi. Lakin keçən ilin sonunda hər iki tərəf qarşılıqlı razılaşaraq yollarını ayırmışdılar.

Zek Braun: “McLaren və Chevrolet-nin avtoidmanda əlaqələri var. Bu iki markanın yenidən bir yerdə yarışması əfsanəvi marafonu daha gözəl edəcək. Chevrolet-nin də qəlbində yarış istəyi var. İndyCar-da mübarizə daha gərgin olduğu üçün burada güclü mühərriklə yarışmaq vacibdir”.

Qeyd edək ki, Chevrolet tərəfdaşı McLaren-ə 2.2 litr həcmli, ikiturbinli V6 mühərrik verəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 316
Teqlər , ,
Paylaş

logo