K.Horner: “Zek Braun dəlixanalıqdır”

Red Bull komandasının rəhbəri Kristian Horner düşünür ki, Alonsoya İndy500-də yarışmağa icazə verən Zek Braunun başı xarab olub.

F-1.az xatırladır ki, Alonso builki Monako QP-dən imtina edərək, İndy500-də yarışmağa üstünlük verib. İspaniyalı sürücünü isə Censon Batton əvəz edəcək.

Kristian Horner: “Fernando hazırda pis dövr keçirir və onun üçün çətin qərardır. Bu, Zekin problemidir. Sürücünü öz əli ilə depresiyaya saldı və indi ona motivasiya verməyə çalışır. Alonsonu İndianapolisə göndərir və məncə, başı xarab olub. İndy500 gördüyüm ən səy yarışdır. Test də yoxdur. Sadəcə bolidə minib sürəcək. Birinci döngə əsl döngədir. Qaz pedalını bütün yarış ərzində döşəməyə qədər sıxmaq asan deyil. Özünü psixiatra göstərməlidir.

Biz sürücülərimizə icazə verməzdik. Bu ilin ortasında başqa qızın yanına gedib qayıtmaq kimidir. Doğru saymıram. Yarışlar üst-üstə düşməsəydi və ya karyerası bitdikdən sonra getsəydi, daha yaxşı olardı. Amma McLaren bizdən fərqli düşünür. Onlar üçün yaxşı ola bilər”.

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams da sürücüsünün bu cür tədbirlərə qoşulmasına heç vaxt icazə verməyəcəyini deyib: “Mən atamın qızıyam. Frənk də, mən də icazə vermərik. Səbəbini açıqlamağa ehtiyac yoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*