B.Ekklstoun: “Rosberq heç vaxt əfsanə olmayacaq”

Berni Ekklstoun bildirib ki, Rosberq heç vaxt Formula1-in əfsanələrindən biri olmayacaq.

F-1.az xatırladır ki, Rosberq karyerasının 11-ci mövsümündə ilk Dünya Çempionu titulunu qazanmış və karyerasını bitirdiyini açıqlamışdı.

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, Rosberqi heç vaxt Alonso, Fettel və Həmilton kimi sürücülərlə müqayisə etmək olmaz: “Sözün açığı, mən onun sadəcə çempion olduğunu düşünürəm. Bundan artığı deyil. Həmilton, Alonso və Fettel karyeraları ərzində daha yaxşı işlər gördülər. Buna görə də Nikonun onlarla müqayisə edilməsi doğru deyil”

86 yaşlı rəhbər əlavə edib ki, Formula1 Niko Rosberq üçün darıxacaq: “Bəli. Niko bəlkə də Lyuis qədər məşhur deyildi, amma çox vacib sürücü idi. Formula1 onun yoxluğunu hiss edəcək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*