F.Alonso McLaren-in səfiri olub

Keçən ilin sonunda Formula1-dən gedən Fernando Alonso bu ildən McLaren-in səfiri olacaq və MCL34-ü test edəcək.

F-1.az bildirir ki, ispaniyalı sürücü bu il McLaren komandası ilə İndy500 yarışında iştirak edəcək. Lakin Britaniya komandası verdiyi açıqlamada bildirib ki, Alonso mövsümiçi testlərdə çıxış edərək gələn ilin bolidi MCL35-in inkişafını töhfəsini verəcək: “Fernando gələn ilin bolidinin inkişafına kömək etmək üçün testlərə qatılacaq”.

McLaren komandası dördgünlük mövsümiçi testlər edəcək. Testlərin iki günündə Alonso, digər günlərdə isə ikidən çox yarışa çıxmamış sürücülər iştirak edəcəklər. İkiqat Dünya Çempionu həm sürücülərə, həm sə mühəndislərə məsləhətlər verəcək.

Fernando Alonso: “McLaren kimi komandanın səfiri olmaq şərəfdir. Son illərdə uğursuz olsalar da, xüsusi komandadırlar. Keçən il F1-dən getməmişdən əvvəl uzun illər McLaren-də qalacağımı demişdim. İndi isə xoşbəxtəm. Maydakı İndy500 yarışını səbirsizliklə gözləyirəm. Xüsusilə gənc sürücüləri yetişdirmək istəyirəm. Bu həm komanda, həm də özümçün vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*