F.Alonso: “Əbu Dabi bizim üçün çətin keçəcək”

Fernando Alonso bildirib ki, Əbu Dabi yarışı McLaren üçün çətin keçə bilər.

F-1.az bildirir ki, Alonso yaxşı nəticə almaq üçün əllərindən gələni edəcəklərini deyib: “Sürətli ilk sektor və iki uzun düzlüyü olan ikinci sektor bizi çətin vəziyyətdə qoyacaq. Bu tras bizim bolid üçün əlverişli deyil. Təbii ki, cümə günü trasa çıxanda hər şey daha dəqiqliklə bilinəcək, amma yarış bizim üçün çətin keçəcək. Sıralanma turuna qədər ən doğru sazlanmaları tapıb, yarışda rəqabətədavamlı olmalıyıq. Buradakı ən böyük çətinliyimiz isə təkərləri qorumaq olacaq. Günəş altında başlayan yarış gecə qaranlığında bitəcək. Hava soyusa, təkərləri işlətmək asan olmayacaq. Amma bütün bunlara baxmayaraq, mövsümün son yarışına çıxırıq və əlilmizdən gələni etmək istəyirik. Ümid edirəm ki, mövsümü major notlarla bitirərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*