23 Avqust 2019, Cümə - 04:44

Fernando Alonso özünü güvəndə hiss etmir

Fernando Alonso özünü güvəndə hiss etmir

Müəllif: Rauf Hacıyev, redaktor

15:23 - 29 May, 2016

Fernando Alonso Monakoda sıralanma turunda sonuncu sessiyaya qalmasına baxmayaraq, McLaren bolidində özünü rahat hiss etmədiyini deyib.

F-1.az xatırladır ki, McLaren sürücüsü İspaniyadan sonra Monakoda da sonuncu seansa qalıb və Kimi Rəykkönen ötürmələr qutusunu dəyişdirdiyi üçün yarışa 9-cu yerdən başlayacaq.

Fernando Alonso: “Bolidin ön tərəfinə görə bütün həftəsonu narahat idim.

Ön tərəfdə asfaltla ilişmədə çatışmazlıq var və belə olan halda, Monakoda maşına inamınız olmur. Hər dövrə sizin üçün çətin bir test olur. Burada hər dövrə boliddən maksimumu almalısınız, amma belə olmayanda bolidin necə davranacağını bilmirsiniz. Buna görə də asan olmadı.

Yarışda xal almağa çalışacayıq. Çoxlu problemlər və qəzalar gördük və buna görə də fürsətləri dəyərləndirməli və yaxşı nəticə almalıyıq.

Mümkün olduqca yuxarı pillərlərdə olmalı idik, çünki bura Monakodur və sabahkı yarışda ötmə etmək çox çətin olacaq. Nə olursa, olsun sonuncu seansa qalmalı idik.

Bu fürsəti dəyərləndirməliyik. Sabah yağış proqnozu olduğu üçün göyə baxmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 340
Teqlər ,
Paylaş

logo