C.Batton test etməyəcək

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Monako yarışında Formula1-ə qayıtmağa hazırlaşan Censon Batton test etməyəcək.

F-1.az xatırladır ki, Alonso bu il Monakoda yarışmayacaq. Əvəzində İndy500 yarışında iştirak edəcək. İspaniyalı sürücünü isə Censon Batton əvəz edəcək.

Qeyd edək ki, britaniyalı sürücü yeni Formula1 bolidi ilə test etməyib. Buna görə də 37 yaşlı sürücünün Monakodakı performansı hamıya maraqlıdır. Veteran sürücünün Bəhreyndəki mövsümiçi testlərdə iştirak etməsi gözlənilsə də, McLaren komandasında Törvi və Vandorn cütü trasa çıxmışdı.

Erik Bulye: “Bolidlə bağlı texnologiyanı göz önünə gətirəndə hər hansı bir testin mənası olmayacağını düşündük. Simulyatorumuz çox realistdir və buna görə də bolidi orada test etməsi həm bizim, həm də onun üçün daha yaxşıdır. On dövrə vurduqdan sonra yenə yaxşı vəziyyətdə olacaq. O, formadadır və Monakoda həmişə güclü olub”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*