L.de Meo: Alonso əsl liderdir

Renault Group-un rəhbəri Luka de Meo bildirib ki, Fernando Alonso komandaya liderlik edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikiillik fasilədən sonra bu il Alpine ilə yenidən idmana qayıdıb. Bu il yenidənqurma işləri aparan fransız təmsilçisi komandanın rəhbəri Siril Abitebulla yolları ayırıblar. Bundan sonra əksəriyyət düşünürdü ki, Alonso komandadakı bütün ipləri əlinə alacaq.

Renault Group-un rəhbəri Luka de Meo da ikiqat Dünya Çempionunun idmandakı təcrübəsinə güvənir: “Alonso əlindəki bütün təcrübəni komandaya gətirdi. Formula1-dəkilər onun nə qədər tələbkar olduğunu bilirlər. O, əsl yarışçıdır və çox istəklidir. Bütün komandanı idarə edir. Mövsümün əvvəlində mən Alonsodan bunu istəməsəm də, bu işləri yaxşı bacarır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*