25 Avqust 2019, Bazar - 06:40

F.Alonso: “McLaren-in aerodinamikası sual işarəsidir”

F.Alonso: “McLaren-in aerodinamikası sual işarəsidir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:14 - 31 Yanvar, 2017

Fernando Alonso bu mövsüm Honda-nın böyük addım atacağına inansa da, McLaren üçün ən böyük sual işarəsinin aerodinamika olacağını düşünür.

F-1.az xatırladır ki, McLaren Honda son iki ildə Honda mühərriyinin performansına görə qələbə və podium mübarizəsindən uzaq qalıb.

Yeni mövsümdən etibarən isə aerodinamik performans daha çox ön plana çıxacaq və daha güclü şassi düzəldən komandanın ön plana çıxması gözlənilir.

Fernando Alonso: “Ən böyük güc Mercedes-dir və onlara çatmağın çətin olduğunu bilirik. Amma bu hal hamı üçün eynidir. Lakin onlarla yaxın olmağa ümid edirik. Hədəflədiyimiz gücə çatmağımıza əminəm. Amma aerodinamik cəhətdən hər şey müəmmalıdır.

Yeni qaydalar gəlir və bəxtimiz gətirə də bilər, gətirməyə də. Hər şey yeni qaydaları anlamaqdan asılıdır. Bəlkə əvvəl vaxtı sağa getməyi seçmisiniz, amma paddokdakılar sol tərəfi seçiblər. Dörd-beş yarışdan sonra aerodinamikanız sol tərəfə getməyə başlayar, çünki səhv yoldasınız. Ümid edirəm ki, hər şeyi əvvəldən doğru edərik.

Keçən il əsas məqsədim 2015-ci ili unutmaq idi, amma bu il daha motivasiyalıyam, çünki yeni mövsümdən gözləntilərimiz fərqlidir.

Reqlamentin dəyişməsi işləri qarışdıracaq. Honda bu il müsbət yöndə işlər görüb və yeni mövsüm üçün bizə güvən verir. Artıq Avstraliya yarışı barədə düşünürəm. Keçən il bəzi şeyləri Avstraliyada dəyişməyə ümid edirdik. Amma dəyişməli çox şey var idi və ümidlərimiz böyük idi.

Bu il isə bir neçə şeyi düzəltməliyik və ümidlərimiz daha realdır. Bu, bizə daha çox motivasiya verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 444
Teqlər ,
Paylaş

logo