S.Abitebul: Alonso namizədlərdən biridir

O, Alonsonun 2021-ci ildə komandada çıxış edə biləcəyini təsdiq edib, lakin kadr məsələlərinin həllinin hazırda komanda üçün prioritet olmadığını bildirib.

F-1.az bildirir ki, Daniel Rikkardonun gələn il McLaren-də çıxış edəcəyi rəsmiləşəndən sonra cavabı maraqla gözlənilən suallardan biri də, onun yerini kimin dolduracağıdır. Bir neçə namizəd olsa da, hələ ki, dəqiq məlumat və rəsmi açıqlama yoxdur. Bir çoxları isə elə bu komandanın tərkibində 2 dəfə titul qazanmış Fernando Alonsonun qayıdacağına ümid bəsləyir.

Siril Abitebul: “Variantlar var və Alonso da onlardan biridir. Lakin 2021-ci il üçün bir neçə əla sürücünün namizədliyini nəzərdən keçirmək imkanımız var. Bir qədər də düşünəcəyik, çünki bu son dərəcə vacib qərardır. Ferrari və McLaren-in siyasəti mənə qəribə gəlir. Çünki hələ builki mövsüm başlamayıb, lakin gələcək planlarını elan ediblər. Biz onlardan nümunə götürmək istəmirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*