F.Alonso: Şəhər tipli traslara fərqli təkərlər lazımdır

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Pirelli şəhər tipli traslara xüsusi təkər gətirməlidir.

F-1.az xatırladır ki, sonuncu Monako yarışında demək olar ki, ötmə olmayıb. Bolidlərin indiki ölçüsünü nəzərə alsaq, Monakonun dar küçələrində ötmə etməyin mümkünsüz olduğunu görərik.

Fernando Alonso: “İdmanımız şəhər tipi traslara fərqli yanaşmalıdır. Elə traslara xüsusi təkərlər hazırlanmalıdır. Belə olan halda, biz fərqli strategiyalar görə bilərik. Xüsusi yarışların xüsusi qaydaları olmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*