Ben Sulayem 2030-cu ildə V8 mühərriklərinə keçidi təsdiqləyib

FİA prezidenti Muhəmməd bin Sulayem Formula1-in 2030-cu ildə V8 mühərriklərinə keçidini təsdiqləyib. O bu bəyanatı Ruandada Afrika Qran Prisinin keçirilməsi üçün müqavilənin imzalanmasına həsr olunmuş təntənəli tədbirdə edib.

Muhəmməd ben Sulayem: “Ən vacibi odur ki, biz bu layihə üzərində birlikdə işləyirik və 2030-cu ildə yeni V8 mühərriklərini təqdim edəcəyik. Beləliklə, Formula1 tarixində Ruandada keçiriləcək ilk yarış artıq belə mühərriklərlə baş tutacaq.

Biz niyə bu mühərriklərə keçirik? Sürücü kimi mən ilk növbədə daha yüngül maşınlar görmək istəyirəm. Onlar təxminən 80 kiloqram yüngülləşməlidir. İkinci vəzifə iqtisadi dayanıqlılığı təmin etməkdir. Hazırlanma xərcləri və güc qurğusunun dəyəri ən azı 50% azalmalıdır.

Üçüncü məqsəd azarkeşlərin maraqlarını nəzərə almaqdır. Söhbət sadəcə səs-küydən yox, mühərrikin səsindən gedir.

Mən hesab edirəm ki, keçidi 2031-ci ilə qədər təxirə salmağa ehtiyac yoxdur. Nəticədə qərar FİA-dan asılıdır, amma mənim FOM və güc qurğusu istehsalçılarının dəstəyi var, buna görə də bu keçidi planlaşdırılan müddətdə həyata keçirə biləcəyik. Mən əminəm ki, hər şey alınacaq”.

, ,